Son yeniləmə: 13 Dekabr 2024 17:23
BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsinin növbəti görüşü paytaxtdakı 193 nömrəli tam orta məktəbdə keçirilib.
BAYRAQDAR MEDİA-ya verilən məlumatda qeyd edilir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı yazıçı-publisist Rövşən Abdullaoğlu olub: “Qonaq məktəb illərindən, müəllimlərinin həyatında oynadığı roldan, yeniyetmə və gənclərin daha çox maariflənməyə ehtiyacı olduğu sahələrdən söz açıb. Sosial şəbəkə istifadəçisi olan gənclərin diqqət yetirməli olduğu məqamlardan, informasiya bolluğu içərisində doğru seçim etməyin yollarından bəhs edən R.Abdullaoğlu şagirdlərdə yazı bacarıqlarının formalaşmasına təsir edən amillərdən, bestsellərə çevrilən əsərlərinin mövzu rəngarəngliyindən danışıb. Mütaliənin üstünlüklərindən söz açan qonaq “Bir kitab nəinki bir insanın taleyini, hətta dünyanı dəyişdirə bilər” deyərək məktəblilərə bədii əsərlərdən bəhrələnməyi tövsiyə edib”.
Məlumata görə, qonağın söhbətlərini maraqla dinləyən şagirdlər səmimi ünsiyyətdən məmnun olduqlarını ifadə edib, ona çoxsaylı sullar ünvanlayıblar.
İlk şərhi yaza bilərsiniz