Son yeniləmə: 13 Dekabr 2024 01:11
BAYRAQDAR MEDİA – Doğu Qara Dəniz İxracatçılar Birliyi, 2024-cü ilin yanvar-noyabr dövründə Doğu Qara dənizdən Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinə 32 milyon 934 min 728 dollar ixrac edildiyini açıqlayıb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “ixrac 25 sektor üzrə həyata keçirilib. ən çox ixrac edilən sektorun 4 milyon 419 min 455 dollarla taxıl, paxlalılar və çörək məhsulları olduğunu açıqlanıb. Bu məhsulları 4 milyon 374 min 376 dollarla kimya, 3 milyon 146 min 57 dollarla mebel və taxta məmulatları izləyib.
Eyni zamanda, Doğu Qara dəniz regionundan ən çox ixrac edən Azərbaycan, Qırğızıstan və Özbəkistan olub.
İlk şərhi yaza bilərsiniz