Press "Enter" to skip to content

Güney Azərbaycanlı məhbus tibbi xidmətlərdən məhrum edildi

Tahir Nəqəvi

Son yeniləmə: 24 Dekabr 2024

BAYRAQDAR MEDİA – Tehrandakı bədnam Evin zindanında cəza çəkən milli fəal və vəkil Tahir Nəqəvi bir neçə xəstəlikdən əziyyət çəksə də onun müayinə və müalicəsinə qoyulan məhdudiyyətlər davam edir.

Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayıb.

Bildirilib ki, “May ayından həbsxananın həkimi Güney Azərbaycanlı vəkilin prostat vəzinin kütləsindən nümunə götürmək, ultrasəs və MRT etmək üçün xəstəxanaya göndərilməsini tövsiyə etsə də həbsxana rəhbərliyi heç bir tədbir görməyib. O, prostat vəzi xəstəliyi və onurğa sütununda şiddətli ağrılar səbəbindən ağır vəziyyətə düşüb. Bununla yanaşı, milli fəalın dizindəki problemlər və sağ əlinin hərəkət qabiliyyətinin azalması onun normal hərəkət etməsinə mane olub. İnsan haqları təşkilatları həbsxanadakı mənbələrə istinadən həbsxana rəhbərliyinin heç bir səbəb göstərmədən T.Nəqəvininin saxlandığı kameranın tez-tez dəyişdirildiyini diqqətə çatdırıblar. Hüquqşünas Evin həbsxanasının 4-cü bölməsindən 6-cı bölməyə, sonra 7-ci kolona, sonda 8-ci kolona köçürülüb”.

Mission News Theme by Compete Themes.