Press "Enter" to skip to content

Tərbiyəçi-müəllim vakansiyası üzrə növbəti qeydiyyat

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 11 Dekabr 2024 12:06

BAYRAQDAR MEDİA – Dekabrın 11-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə növbəti qeydiyyat başlayır.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “qeydiyyatda 2022-ci və 2023-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər. Namizədlər 11-17 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədlə BŞTİ-yə müraciət edə bilərlər”.

Məlumatda deyilir ki, namizədlərə 1 (bir) illik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerlər təklif ediləcək: “Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.