BAYRAQDAR MEDİA – Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Səhiyyə Nazirliyinin (SN) rəhbərlik etdiyi “Səhiyyə sistemi” işçi qrupunun dekabrın 11-də növbəti iclası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tədbirdə səhiyyə nazirin müavini Rasim İsmayılovun sədrliyi ilə keçirilən iclasın gündəliyində işçi qrupun yeni üzvlərinin təqdim olunması, Fəaliyyət Planı üzrə icra edilən işlərin təhlili, əvvəlki görüşün nəticələrinə dair protokolun Qərar hissəsindəki tapşırıqların vəziyyəti barədə müzakirələrin aparılması yer alıb. Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev iclas zamanı müzakirə edilən tədbirlərin profil strukturlarına müvafiq rəy və təkliflərin verilməsində aparılan işlərin səmərəliliyi baxımından əhəmiyyətini vurğulayıb”.
Sonra xəbərdə, “tədbirdə SN-nin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova nazirlik tərəfindən uşaqların immunoprofilaktikası sahəsində görülən işlərə dair məlumatları təqdim edib. İclasda, həmçinin TƏBİB-in Həssas əhali qrupları ilə iş departamentinin Dövlət proqramları şöbəsinin müdiri Səkinə Qurbanovanın, İİTKM-nin Monitorinq və qiymətləndirmə söbəsinin müdir müavini Səbinə Cumazadənin və digər iştirakçıların çıxışları dinlənilib” deyə bildirilir.
Təqdimatlardan sonra İşçi qrupun üzvləri arasında müzakirələr aparılıb, rəy və təkliflər dinlənib, icra effektivliyinin daha da artırılması istiqamətində tövsiyələr verilib.
İclasın yekunlarına əsasən, 2025-ci ildə “Səhiyyə sistemi” İşçi Qrupunun iclaslarında müzakirə olunacaq məsələlər və növbəti addımlar müəyyənləşdirilib.
Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupununa rəhbərliyi SN həyata keçirir.
İlk şərhi yaza bilərsiniz