Press "Enter" to skip to content

İraq Türkmən Cəbhəsindən Suriya türkmənlərinə dəstək

Hasan Turan

Son yeniləmə: 11 Dekabr 2024 07:42

BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin (İTC) sədri Hasan Turan Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra türkmən əhalisinin ölkənin yenidən qurulmasında mühüm mövqe tutduğunu bəyan edib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Məlumata görə, H.Turan açıqlamasında deyib: “Suriya rejiminin devrilməsindən sonra yeni dövrün qurulmasının məsuliyyəti bütün təbəqələri ilə birlikdə Suriya xalqına məxsusdur”.

Yeni Suriyanın ərazi bütövlüyü qorunmalı və terror təşkilatlarından təmizlənməlidir. Suriyanın yenidən inkişafa ehtiyacı olduğuna diqqət çəkən H.Turan regionun təhlükəsizliyini və sabitliyini təmin etmək üçün nüfuzlu tərəflərlə konstruktiv dialoqların davam etdirilməsinin zəruriliyini vurğulayıb: “Bu prosesdə Suriyanın ərazi bütövlüyünü qorumaq və terrordan təmizləmək üçün onun sevimli xalqına lazımi dəstəyin verilməsi son dərəcə vacibdir. Biz regionun təhlükəsizliyini və sabitliyini təmin etmək üçün nüfuzlu tərəflərlə konstruktiv dialoqların davam etdirilməli olduğunu vurğulayır və İraq hökumətinin Suriya xalqına münasibətini dəstəkləyirik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.