BAYRAQDAR MEDİA – Türkiyənin Antalya şəhərində keçirilmiş kikboksinq üzrə hərbçilərin l açıq çempionatının ən yaxşı rinq hakimi azərbaycanlı olub.
Yarışda Azərbaycan Kikboksinq Federasiyasının Hakimlər Kollegiyasının müavini, beynəlxalq A dərəcəli hakim Aydın Ağabəyov ədalətli və qüsursuz hakimlik etdiyinə görə çempionatın ən yaxşı rinq hakimi seçilib.
Ona “Best referee ring” mükafatını əks etdirən xüsusi kubok təqdim olunub.
Xatırladaq ki, A.Ağabəyov Yunanıstanın paytaxtı Afinada keçirilmiş Avropa çempionatında da 45 ölkə 65 hakim arasında ən yaxşı kişi rinq hakimi “Best referee ring” ünvanına yiyələnib.
İlk şərhi yaza bilərsiniz