Son yeniləmə: 10 Dekabr 2024 12:49
BAYRAQDAR MEDİA – Heydər Əliyev Sarayında Əməkdar artist Tahir İmanovun “50 il 50 obraz” adlı yubiley solo konserti olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya T.Ağayevanın mətbuat katibi Sevda Bayramova məlumat verib.
Onun sözlərinə görə, sözügedən gecədə bir çox məşhur simalar iştirak edib: “Onlardan biri də Xalq artisti Tünzalə Ağayeva olub. Pop ulduz konsert proqramında “Ölülər 21-ci əsr” filminin musiqisini ifa edib. Vətən haqqında balladanın musiqisi Xalq artisti, bəstəkar Faiq Sücəddinova, sözləri isə Əməkdar incəsənət xadimi Baba Vəziroğluya məxsusdur”.
Qeyd edilib ki, Xalq artistinin əsrarəngiz və duyğusal ifası dinləyicilərin ruhunu oxşayıb.
İlk şərhi yaza bilərsiniz