Press "Enter" to skip to content

Qazaxıstanlı yazıçı-publisist MEK-də

Nasixa Kenjina

BAYRAQDAR MEDİA – Qazaxıstanlı yazıçı-publisist Nasixa Kenjina yeni nəşri üçün araşdırma aparmaq məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilir ki, “N.Kenjina qardaş ölkələr olan Azərbaycan və Qazaxıstanın dövlət başçılarının dostluq, tərəfdaşlıq əlaqələrinə dair kitab-albom ərsəyə gətirməyə hazırlaşdığını qeyd edib. Bunun üçün kitabxananın zəngin məlumat bazasından, xüsusilə Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, həmçinin Xarici dillərdə ədəbiyyat fondundakı sənədlərlə yaxından tanış olub, lazımi məlumatları əldə edib. İstifadəçi MEK-in elektron bazasında olan informasiya resurslarınından da yararlanıb”.

Qeyd edək ki, N.Kenjina I Qarabağ müharibəsində Azərbaycana gələrək işğalçı Ermənistana qarşı savaşa qatılıb şəhid olmuş Yerbol Barımbetov haqqında yazılmış “Yerbol – Qarabağ şəhidi” («Ербол- шехид Карабаха») adlı kitabın da müəllifidir. Yazıçı Azərbaycan haqqında silsilə kitabları ilə Qazaxıstan xalqının Azərbaycana məhəbbətini nümayiş etdirir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.