Press "Enter" to skip to content

Növbəti vətəndaş qəbulu keçirilib

Qəbul zamanı

Son yeniləmə: 10 Dekabr 2024 13:15

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov dekabrın 9-da Nazirlikdə vətəndaşları qəbul edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil edilmiş qəbuldaBakı, Sumqayıt şəhərləri, Xızı və Saatlı rayonlarından olan vətəndaşların elektrik qurğu və avadanlıqlarının mühafizə zonası, enerji verilişində yaranan fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, təbii qaz təchizatı, bərpa olunan enerji ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin saytında yerləşdirilib. Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, minenergy@minenergy.gov.az elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Nazirliyə ünvanlaya bilərlər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.