Son yeniləmə: 10 Dekabr 2024 12:52
BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, “Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin nəticəsi olaraq, 2024-cü il dekabrın 1-nə qeyri-dövlət sektorunda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü il tarixinə nisbətən 3,7 dəfə və ya 8.304 vahid artaraq 11.363 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 77,9 faiz və ya 4.977 vahid artıb”.
İlk şərhi yaza bilərsiniz