Press "Enter" to skip to content

660 milyon dollarlıq layihə

Dəmir yolu

Son yeniləmə: 10 Dekabr 2024 13:20

BAYRAQDAR MEDİA – Dünya Bankı Türkiyənin nəqliyyat infrastrukturuna əhəmiyyətli töhfə verəcək layihəni təsdiqləyib.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Bildirilib ki, “Sivasın Divriği rayonu ilə Qars arasındakı 660 kilometrlik xətt tam elektrik və müasir dəmir yolu xəttinə çevriləcək. Bu nəhəng layihə üçün Dünya Bankı tərəfindən 660 milyon dollar maliyyə ayrılıb. Layihə çərçivəsində dizellə işləyən qatarlar yerinə, Sivasın Divriği rayonu ilə Qars arasındakı əlaqə 660 kilometrlik tam elektrik və müasir dəmir yolu xətti ilə genişləndiriləcək”.

Məlumata görə, 4 ili əhatə edəcək layihə ilə dəmir yolu marşrutunda yaşayan təxminən 600 min insanın rifahı təmin ediləcək: “Eyni zamanda, bunun yerli şirkətlərə və kənd təsərrüfatı müəssisələrinə əhəmiyyətli dəstək olacağı vurğulanıb. Layihə başa çatdıqda dəmir yolunun yükdaşıma qabiliyyəti ildə təxminən 750 min tondan 20 milyon tona yüksələcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.