Press "Enter" to skip to content

Sədrin 7 müavini seçilib

Bolqarıstan parlamenti

Son yeniləmə: 9 Dekabr 2024 11:54

BAYRAQDAR MEDİA – Bolqarıstanda “BSP – Obedinena Levitsa” tərəfindən namizədliyi irəli sürülmüş Nataliya Kiselova 11-ci sınaqda Xalq Məclisinin 51-ci sədri seçilib.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Bildirilib ki, “sədr seçkisindən dərhal sonra deputatlar 51-ci parlamentin sədr müavinlərini seçiblər. Beləliklə, sədrin 7 müavini seçilib. Bunlar, GERB-SDS-dən Raya Nazarian, “Prodaljavame Promyanata – Demokratichna Bılgariya”dan Atanas Atanasov, “Vazrajdane”dən Tsonko Qanev, Draqomir Stoynev “BSP-Obedinena Levitsa”, APS-dən Hayri Sadıkov, ITN-dən Nikoleta Kuzmanova və MEÇ-dən Radostin Vasilevdar”.

Məlumatda deyilir ki, “DPS – Novo Naçalo” parlament sədrinin müavini vəzifəsinə namizəd irəli sürməyib: “Natalya Kiselovanın seçilməsindən dərhal sonra qurumun deputatları sessiyanı tərk edərək səsvermədə iştirak etməyiblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.