Press "Enter" to skip to content

Qazaxıstan prezidenti BMT-də islahatlar aparmağa çağırıb

Qasım-Jomart Toqayev müsahibə verərkən

BAYRAQDAR MEDİA – Qətərdə keçirilən Doha Forumunda Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev “Newsmaker Interview” formatında keçirilən xüsusi sessiyada iştirak edib.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Qazaxıstan prezidenti orada CNN aparıcısı Culiya Çatterlinin suallarını cavablandırıb. Qasım-Jomart Toqayev BMT-də islahatların vacibliyini vurğulayıb və təşkilatın yenilənməsinə ehtiyac olduğunu qeyd edib.

Məlumata görə, Qasım-Jomart Toqayev qeyd edib ki, böyük dövlətlər qlobal təhlükəsizliyi təmin edə bilməyiblər və bu, bütün dünyada, o cümlədən Qazaxıstanda narahatlıq yaradır: “Qazaxıstan prezidenti qlobal ticarət münaqişələri ilə bağlı da fikirlərini bildirib. O, deyib ki, tarif tədbirləri və ticarət maneələri problemlərin həllinə töhfə verməyən səmərəsiz alətlərdir”.

Bundan əlavə, prezident Qazaxıstanın xarici siyasəti, cari böhranlar, Ukrayna və Orta Doğudakı vəziyyətə dair sualları cavablandırıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.