Press "Enter" to skip to content

Noyabrda sərnişin axınında 26 faizlik artım olub

Noyabrda sərnişin axınında 26 faizlik artım olub

BAYRAQDAR MEDİA – Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlər üçün etibarlı və rahat səyahət mərkəzi olaraq mövqeyini gücləndirməkdə davam edir. 2024-cü ilin noyabr ayında hava limanı 595 min sərnişinə xidmət göstərərək ötən ilin eyni dövrü ilə müqayisədə 26 faizlik artım (470 min sərnişin) nümayiş etdirib. Bu dövrdə hava limanında ümumilikdə 4 min 598 uçuş həyata keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Aeroportun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “beynəlxalq istiqamətlər üzrə daşınan sərnişinlərin sayı 549 min nəfərə çatıb. Bunun 51 faizi xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Ən çox sərnişin daşınan istiqamətlər İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi və Ankara olub, bu marşrutlar üzrə ümumi sərnişin sayı 269 min nəfərdən çoxdur. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 49 min 610 sərnişinə xidmət göstərilib. Bu istiqamətdə uçuşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 faizlik artım (520 uçuş) nümayiş etdirib, lakin sərnişinlərin sayında 10 faizlik azalma müşahidə olunub”.

Daha sonra xəbərdə, “tranzit sərnişinlərin sayı isə ötən ilin noyabr ayı ilə müqayisədə 55 faiz artaraq 21 min 674 nəfərə çatıb. Bu göstəricilər Aeroportun qlobal tranzit mərkəzi statusunu daha da möhkəmləndirdiyini təsdiqləyir. Bakı aeroportu, sərnişinlərə yüksək xidmət keyfiyyəti təqdim edərək və beynəlxalq hava nəqliyyatında müasir standartlara uyğunlaşaraq, regionun dinamik və etibarlı nəqliyyat mərkəzlərindən biri kimi fəaliyyətini davam etdirir” deyə qeyd olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.