Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyindən Həmrəylik Günü dəvəti
BAYRAQDAR MEDİA – Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi İdarə Heyətinin sədri Şentürk Hoşgül bütün ictimaiyyəti bu il 4-cü dəfə keçiriləcək Dünya Azərbaycanlılarının Həmrəylik Günü tədbirinə dəvət edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnəkdən məlumat verilib.
Məlumata görə, Şentürk Hoşgül, Manisa Böyükşəhər Bələdiyyəsi ilə birgə Manisa Mədəniyyət Mərkəzi Lale Salonunda keçirilməsi planlaşdırılan proqramda İstanbuldan “Azərbaycan rüzgarı” adlı qrupun və bakılı məşhur tar artisti Mehbub Şüküroğlunun iştirak edəcəyini bildirib: “Ş.Hoşgül tədbirin məqsədinin Manisada yaşayan Azərbaycan türklərinin mədəniyyətini yaşatmaq və onların şəhər mədəniyyətinə inteqrasiyasını təmin etmək olduğunu vurğulayıb. O, gecədə Zeybək tamaşasını təqdim etmək istədiklərini də bildirib”.
Məlumata görə, Ş.Hoşgül dekabrın 29-da bütün şəhər əhalisini Manisa Mədəniyyət Mərkəzinə dəvət edib.
İlk şərhi yaza bilərsiniz