BAYRAQDAR MEDİA – İsraildə səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, Xarici məsələlər şöbəsinin müdiri Hikmət Hacıyev bu ölkənin Prezidenti İsaak Hersoqla görüşüb.
Bu haqda xəbəri Azərbaycanın İsraildəki səfirliyi özünün sosial media hesabında yayıb.
Hikmət Hacıyev İsaak Hersoqa Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.
İsrail Prezidenti də öz növbəsində salamlara görə təşəkkür edib, İlham Əliyevə onun salamlarını çatdırmağı xahiş edib.
Tərəflər iki ölkə arasında iş birliyi məsələlərini, həmçinin bölgədəki gəlişmələri müzakirə ediblər.
İlk şərhi yaza bilərsiniz