Son yeniləmə: 9 Dekabr 2024 17:48
BAYRAQDAR MEDİA – Dekabrın 9-da “Həmmihən” qəzetinin baş redaktoru Qulamhüseyn Kərbasçi məhkəmə tərəfindən siyasi və mətbuat cinayətlərində təqsirləndirilib. Bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu – HRANA xəbər verir.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “məlumata görə, qəzetin baş redaktoru Həzrət Əyyubun karikaturasını dərc etdiyi üçün “peyğəmbəri təhqir və onu alçaltmaq”da ittiham edilib. Qeyd olunub ki, “Həmmihən” qəzeti ölkədə sosial şəbəkələrə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması üçün hökumət sözçüsü Fatimə Mühaciraninin “problemlərin həlli üçün səbir lazımdır” deməsindən sonra paylaşıb”.
İlk şərhi yaza bilərsiniz