Press "Enter" to skip to content

ADSEA nümayəndələri Türkiyədə

Görüş zamanı

Son yeniləmə: 9 Dekabr 2024 11:22

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əməkdaşları suların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti işlərinin təkmilləşdirilməsi məqsədilə qardaş Türkiyəyə səfər ediblər. Səfər çərçivəsində Devlet Su İşleri Genel Müdiri Mehmet Akif Balta və qurumun aidiyyəti şöbələrinin mütəxəssisləri ilə görüşlər keçiriblər.

Bu barədə BAYRAQDAR MEDİA-ya ADSEA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “görüşlərdə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun təcrübə mübadiləsi aparılıb, təqdimatlar dinlənilib və suallar cavablandırılıb. Görüşlərdə o da xüsusi olaraq vurğulanıb ki, hər iki ölkənin bu sahə üzrə təcrübə mübadiləsinin aparılması intensivləşdirilsin”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.