Press "Enter" to skip to content

Aygün Əliyevaya qardaş ölkədə yüksək etimad -VİDEO

Mərasim zamanı

Son yeniləmə: 7 Dekabr 2024 22:22

Özbəkistan Respublikası Prezidentinin təsis etdiyi “Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə” döş nişanı ilə təltif edilən ilk xarici ölkə vətəndaşı Aygün Əliyeva olub

BAYRAQDAR MEDİA – Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsində qeyri-hökumət təşkilatlarının üzərinə də mühüm missiya düşür. Çəkinmədən qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin timsalında ölkəmizin QHT sektoru bu sahədə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.

Aygün Əliyeva bu döş nişanı ilə təltif edilən ilk xarici ölkə vətəndaşıdır
Aygün Əliyeva bu döş nişanı ilə təltif edilən ilk xarici ölkə vətəndaşıdır

Azərbaycanın QHT sektoru türk dünyasında istər ikitərəfli, istərsə də çoxtərəfli əməkdaşlıqların qurulması prosesinə öncüllik edir. Bu sırada ilkin addım Azərbaycanın və qardaş Türkiyənin QHT-ləri arasında genişspektrli əlaqələrin qurulması ilə qoyulub.

Eyni zamanda, digər qardaş ölkə olan Özbəkistanın QHT sektoru ilə əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Ötən ilin noyabrında Füzuli şəhərində keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bu prosesin rəsmiləşməsinə vəsilə oldusa, bu günlərdə, dekabrın 5-də Daşkənddə keçirilən ikinci forum isə artıq prosesin davamlı hal aldığını nümayiş etdirdi.

Onu da bildirək ki, Azərbaycanın öncüllük etdiyi qardaş türk dövlətlərinin QHT sektoru arasında əməkdaşlığın inkişafı və dərinləşməsi prosesi dövlət rəhbərləri tərəfindən də yüksək dəyərləndirilir. Belə ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Özbəkistan Respublikası Prezidentinin təsis etdiyi “Vətəndaş cəmiyyətinin inkişafındakı xidmətlərinə görə” döş nişanı ilə təltif edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Xüsusi olaraq vurğulanmalıdır ki, Aygün Əliyeva bu döş nişanı ilə təltif edilən ilk xarici ölkə vətəndaşıdır.

Artıq müvafiq mükafat Aygün xanın Əliyevaya təqdim olunub. Mərasim Daşkənd şəhərində, qardaş ölkədə keçirilən Vətəndaş Cəmiyyəti həftəsi çərçivəsində reallaşıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.