BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində Qlobal Fondun Portfolio meneceri Olqa Avdeyeva ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fondla əməkdaşlığa önəm verdiyini qeyd edib. Nazirin sözlərinə görə, QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondu 20 ilə yaxın müddət ərzində Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak edir. Hazırda Azərbaycanda bu Fondun layihələri davamlı olaraq həyata keçirilir və Azərbaycanın vərəmlə mübarizəsinə böyük töhfədir. T.Musayev, həmçinin ötən ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını xatırladıb. Sonda T.Musayev SN ilə Qlobal Fond arasında səmərəli əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyini qeyd edib”.
Daha sonra xəbərdə, “öz növbəsində O.Avdeyeva Qlobal Fondun SN ilə birgə bir sıra mühüm layihələrin icra olunduğunu vurğulayıb. Azərbaycanın “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını yüksək qiymətləndirən Qlobal Fondun Portfolio meneceri bu nailiyyətin səhiyyə işçilərinin davamlı fədakarlığı, həmçinin malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olduğunu bildirib” deyə bildirilir.
Görüşdə həmçinin əməkdaşlığın mövcud vəziyyəti, potensial inkişaf imkanları və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlk şərhi yaza bilərsiniz