Son yeniləmə: 6 Dekabr 2024 14:23
BAYRAQDAR MEDİA – Bolqarıstanda Parlamentin sədrini seçmək üçün on dəfə toplaşan deputatlar yenə də seçim edə bilməyiblər.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə, 51-ci Xalq Məclisi onuncu dəfədir ki, parlament sədri postuna namizədlər arasında lazımi səs çoxluğunu seçə bilməyib: “PP-DB yenidən Atanas Atanasovu namizəd kimi təqdim edib. “Vazrajdane”nin namizədi Petar Petrov, “BSP-Obedinena Levitsa” alyansının namizədi Nataliya Kiselova, ITN-dən Silvi Kirilov lazımi səs çoxluğu əldə etmək üçün deputatlardan dəstək gözləyiblər. Kiselova və Kirilov ikinci mərhələyə adlayıblar. Lakin heç bir namizəd səs çoxluğu əldə etməyib”.
Qeyd edək ki, dekabrın 6-da 51-ci Xalq Məclisinin sədrinin seçkiləri ilə bağlı 11-ci toplantı keçiriləcək.
İlk şərhi yaza bilərsiniz