Press "Enter" to skip to content

Forum sessiyalarla davam edib

Rəsmi çıxış və təqdimatlardan sonra Forum sessiyalarla davam edib

Son yeniləmə: 6 Dekabr 2024 06:05

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi 2024-cü il dekabrın 5-də Daşkənddə Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilib. Rəsmi çıxış və təqdimatlardan sonra Forum sessiyalarla davam edib.

Tədbir zamanı
Tədbir zamanı

Beləliklə, təqdimat çıxışları olub.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə “Qadınların sosial həyatda fəal iştirakının təmin edilməsi: çağırışlar və perspektivlər”, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, deputat Azər Allahverənov “Azərbaycanda sosial əhəmiyyətli məsələlərin həllində inklüzivliyin və QHT-lərin rolunun təmin edilməsi”, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli “Azərbaycanda insan hüquqları, qanunvericilik təşəbbüsləri və gender problemlərində QHT-lərin rolu”, “İcmaların İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin və insan hüquqlarının qorunmasında ictimaiyyətin iştirakı və QHT-lərin rolu”, “Azərbaycanlıların və digər türkdilli xalqların Əməkdaşlıq Mərkəzi” İctimai Birliyinin sədri İlham İsmayılov “Xaricdə türk dövlətlərin diaspor təşkilatlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili və prosesdə QHT-lərin rolu” mövzularında təqdimatlar ediblər.

Tədbir zamanı
Tədbir zamanı

Təqdimatlardan sonra ətraflı müzakirələr aparılıb, Özbəkistan QHT-lərinin sualları cavablandırılıb, təcrübə mübadilələri edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.