BAYRAQDAR MEDİA – Dekabrın 5-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) rəhbərliyi Elm və Təhsil Nazirliyi (ETN) yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EATDA-dan daxil olub.
Xəbərdə, “görüşdə Agentliyin direktoru Ülkər Səttarova qurumun fəaliyyəti, elm, ali və orta ixtisas təhsili sahəsində görülən işlər və perspektiv planlar barədə məlumat verib” deyə qeyd edilir.
Sonra bildirilir ki, “İctimai Şuranın sədri Hikmət Əlizadə və Şura üzvləri elm və ali təhsilin müxtəlif istiqamətlərinə dair təkliflər irəli sürüb, mövcud problemlərin müzakirəsi və həll yolları barədə fikir mübadiləsi aparıblar”.
İlk şərhi yaza bilərsiniz