Press "Enter" to skip to content

Azərbaycan Türk fəlsəfə tarixinin 3-cü cildi nəşr edilib

Azərbaycan Türk fəlsəfə tarixinin 3-cü cildi nəşr edilib

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutu “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Faiq Ələkbərlinin (Qəzənfəroğlu) “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı üç cildlik kitabının 3-cü cildi “Elm və təhsil” Nəşriyyatı poliqrafiya müəssisəsində işıq üzü görüb.

Bu haqda BAYRAQDAR MEDİA-ya müəllif özü məlumat verib.

Kitabın elmi redaktorları fəlsəfə elmləri doktoru, Prof. Rafail Əhmədli, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Zeynəddin Şabanov, rəyçiləri isə fəlsəfə elmləri doktoru, Prof. Əlikram Tağıyev, fəlsəfə elmləri doktoru, Prof. Sakit Hüseynov və fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Qabaqcıl Maarif Xadimi Müstəqil Ağayevdir.

Nəşrin 3-cü cildində XX əsr Güney Azərbaycan Türk fəlsəfi fikrinin inkişaf yollarından və bu fəlsəfi fikrin tanınmış Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşlərindən bəhs olunur. Müəllif burada Güney Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixinin inkişaf yollarını üç istiqamətdə – Milli-demokratik və siyasi-fəlsəfi ideyaların sintezi (Ş.M.Xiyabani, S.C.Pişəvəri, Məhəmməd Biriya, Firudin İbrahimi, Tağı Ərani, Tağıxan Rəfət, Əlirza Nabdil, Mərziyə Üskiyi və başqaları); Milli maarifçilik və ictimai-fəlsəfi ideyalar (M.Ə.Şəbüstəri, M. Tərbiyət, M.Şəhriyar, Səhənd, H.Billuri, Həbib Sahir, Həmid Nitqi, Həkimə Billuri, Səməd Behrəngi, Əli Təbrizli, M.Zehtabi, Cavad Heyət və başqaları); İslam fəlsəfəsi və islamçılıq (Əbülqasim əl-Xoyi, M.Təbatəbai, M. Şəriətmədari, M.Cəfəri, Cəfər Sübhani və başqaları) təhlil edib.

Qeyd edək ki, kitab Azərbaycan Türk fəlsəfəsi, mədəniyyəti, ədəbiyyatı və tarixi ilə maraqlananlar, eləcə də Azərbaycan Türk fəlsəfəsinin Ümumtürk fəlsəfəsində yerini araşdıranlar və geniş oxucu kütləsinin faydalanması üçün nəzərdə tutulub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.