BAYRAQDAR MEDİA – 2022-ci ilin fevralında Rusiyanın əsassız, səbəbsiz yerə Ukraynaya hərbi təcavüzü minlərlə insanın ölümünə səbəb oldu, şəhər və kəndləri yerlə-yeksan etdi. Hazırda da davam edən təcavüz və işğal nəticəsində Ukraynaya dəyən zərəri hesablamaq üçün illər lazım olacaq. Bu qanlı və amansız işğalında Rusiyaya açıq dəstək verən dövlətlərdən biri də mollaların idarə etdiyi İrandır. Bütün dünya İranı işğalçı Rusiyaya dəstək verməkdən çəkindirməyə çalışır, amma nəticə dəyişmir.
İndi isə bəlli olur ki, İran nəinki Rusiyaya dəstəkdən imtina edir, hələ bu azmış kimi Ukraynanı Suriyada terrorçuları silahlandırmaqda günahlandırır…
Belə yerdə deyirlər ki, adımı sənə qoyum, səni yana-yana qoyum.
İran Xarici İşlər Nazirliyi Avrasiya departamentinin rəhbəri və nazir müavini Moctaba Dəmirçilu iddia edib ki, Ukrayna Suriyadakı terrorçu qruplara qanunsuz silah satışı ilə məşğuldur. Bu iddianı İran hökumətinin Telegram kanalı yayımlayıb. Yəni rəsmidir. M.Dəmirçilu deyib ki, Ukraynanın belə davranışı mənəviyyatsızlıqdır və bu dövlət təcili bu fəaliyyətdən imtina etməlidir…
Açığı, İranı idarə edən mollaların nağılsevər olduğunu bilirdik, amma bu qədər də deyil. Ukrayna özü silah-sursata ehtiyac duyduğu bir vaxtda hansı məntiqlə və hansı yolla Suriyaya silah göndərə bilər? Digər tərəfdən də İran rəsmisi unudur ki, Ukrayna hər gün onlarla İran dronunu öz səmasında məhv edir və bunu faktlarla bütün dünyaya yayır. Bəs İranın əlində Ukraynanın Suriya terrorçularına silah satması haqqında fakt varmı? Təbii ki, yoxdur. Olsaydı mütləq ictimailəşdirərdilər…
İlk şərhi yaza bilərsiniz