Press "Enter" to skip to content

8-ci İstanbul İqtisadiyyat Sammiti keçirilir

İclas zamanı

Son yeniləmə: 6 Dekabr 2024 06:06

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə “Süni zəka və iqtisadiyyat” mövzusunda keçirilən 8-ci İstanbul İqtisadiyyat Sammitində iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Elnur Əliyev sürətlə inkişaf edən dünyada dayanıqlı və davamlı inkişaf üçün innovasiya və qabaqcıl texnologiyaların tətbiqinin, dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini vurğulayıb. 8-ci İstanbul İqtisadiyyat Sammitinin texnologiya, süni intellekt və sənaye 4.0 sahəsində daha sıx əməkdaşlıq üçün mühüm platforma olduğu qeyd edilib”.

Məlumata görə, Azərbaycanda keçirilən COP29-un dayanıqlı gələcək üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb: “Azərbaycanda inklüziviqtisadiyyatın inkişafı, dövrün tələblərinə uyğun insan kapitalının formalaşdırılması, müasir bilik və bacarıqların təşviqi istiqamətində həyata keçirilən addımlar barədə məlumat verilib. Sahibkarlıq fəaliyyətində Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqinin genişləndirilməsi, startapların təşviqi,həmçinin şirkətlərin rəqəmsal transformasiyasına dəstək alətləri qeyd edilib. Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə hazırlanan strategiyanın ölkəmizdə rəqəmsal bacarıqların inkişafı da daxil olmaqlaiqtisadiyyatın bütün komponentlərinin inkişafına xidmət edəcəyi vurğulanıb”.

İki gün davam edəcək sammit çərçivəsində turizm,səhiyyə, energetika, tikinti və digər sahələrin rəqəmsallaşması, innovasiya, süni intellektin təsirləri ilə bağlı mövzularda panel sessiyalar, rəqəmsal həllərin təqdim olunduğu sərgilər təşkil olunur, dövlət və özəl sektor nümayəndələri arasında görüşlər keçirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.