Press "Enter" to skip to content

Suriyada gərginlik davam edir

Suriya məhv olur

BAYRAQDAR MEDİA – Bir neçə gündür Suriyada şiddətlənən döyüşlər bölgədə yeni durum yarada bilər. Onu nəzərə alaraq bölgə dövlətləri, eləcə də dünyanın aparıcı gücləri diqqətini buraya cəmləyib.

Biz də BAYRAQDAR MEDİA olaraq açıq mənbələr əsasında Suriyadakı hazırkı durumu qısa özətlə təqdim edirik.

Beləliklə, vəziyyət çox gərgin olaraq qalır. Müxalif qüvvələr son günlərdə strateji əhəmiyyətli bölgələrdə irəliləyişlər əldə ediblər. Xüsusilə İdlib və Hələb istiqamətində baş verən döyüşlərdə müxaliflər bir çox yaşayış məntəqəsini nəzarətə götürüblər.

Müxaliflər Hələbin mərkəzinə çataraq burada bəzi strateji obyektləri, o cümlədən Hələb Beynəlxalq Hava Limanını nəzarətə alıblar. Bu, 2016-cı ildən sonra müxalif qüvvələrin Hələbdə əldə etdiyi ilk böyük uğurdur.

İdlib istiqamətində isə Saraqib və Maraat əl-Numan şəhərləri daxil olmaqla bir neçə mühüm məntəqə müxaliflərin əlinə keçib. Bu əməliyyatlarda əsasən “Həyat Təhrir əş-Şam” və digər müxalif qruplar iştirak edir.

Müxalifətin irəliləyişlərinə baxmayaraq rejim qüvvələri və onları dəstəkləyənlər, əsas da Rusiya və İran müxaliflərə qarşı əks-hücum imkanlarını artırmaqda davam edir. Münaqişənin bundan sonrakı mərhələsi regionda fəaliyyət göstərən beynəlxalq oyunçuların mövqeyindən də asılı olacaq.

Əlavə edək ki, bütövlükdə bölgədə əsas söz sahibi qardaş Türkiyədir. Hadisələrin bundan sonrakı inkişafı da məhz bu ölkədən asılı olacaq.

Mission News Theme by Compete Themes.