Press "Enter" to skip to content

Sadır Caparov: Mütəşəkkil cinayətkar təşkilatlar tamamilə məhv edilib

Sadır Caparov

Son yeniləmə: 5 Dekabr 2024 13:27

BAYRAQDAR MEDİA – Qırğızıstan Prezidenti Sadır Caparov 2024-cü il dekabrın 3-də Güney Koreyaya rəsmi səfər edib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “səfər çərçivəsində Qlobal İnkişaf İnstitutunun prezidenti və Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmiş baş katibi Pan Gi Mun ilə görüşən S.Caparov Qırğızıstanda mütəşəkkil cinayətkar qrupların tamamilə məhv edildiyini deyib. O, Qırğızıstan iqtisadiyyatının son üç ildə orta hesabla 9 faiz artdığını və bu uğura iqtisadi inkişaf və struktur islahatları ilə nail olduqlarını vurğulayıb”.

Məlumata görə, S.Caparov həmçinin qeyd edib ki, onlar ölkədə korrupsiyaya qarşı mübarizədə qətiyyətlidirlər: “Biz mütəşəkkil cinayətkarlıqla mübarizədə böyük addımlar atmışıq. Və biz indi mütəşəkkil cinayətkarlıq sindikatlarının kökünü kəsmişik. Qırğızıstandakı mütəşəkkil cinayət təşkilatlar son illərdə böyük zərbə alıb. 2023-cü ilin oktyabrında paytaxt Bişkekdə həyata keçirilən əməliyyatda cinayətkar təşkilatın lideri “Kamçı Kolbayev” ləqəbli Kamçıbek Asanbekin zərərsizləşdirilib. Bu hadisədən sonra ölkədə təhlükəsizlik qüvvələri çoxlu cinayətkar və cinayətlə əlaqəsi olan şəxsləri yaxalayaraq ciddi əməliyyata başlayıb”.

Mission News Theme by Compete Themes.