BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində(SN) Belçikanın Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev iki ölkə arasında tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb. T.Musayev, həmçinin tibb işçilərinin təcrübə mübadiləsi və bacarıqlarının təkmilləşdirilməsi üçün treninqlərin təşkilinin mümkünlüyünü qeyd edib. Nazirin sözlərinə görə, əczaçılıq sənayesində əməkdaşlıq potensialı da mövcuddur”.
Öz növbəsində J.D.Frepon Azərbaycanın SN ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.