BAYRAQDAR MEDİA – İrandakı molla rejiminin həbs etdiyi Güney Azərbaycanlı hüquq müdafiəçisi, siyasi məhbus və 2023-cü il Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi tibbi məzuniyyətə buraxılıb. Bundan sonra Nobel Komitəsi dekabrın 5-də bəyanat yayaraq İran hökumət orqanlarından onu həmişəlik olaraq azadlığa buraxmağı tələb edib.
Norveçin paytaxtı Osloda keçirdiyi mətbuat konfransında Nobel Komitəsinin rəhbəri Yurgen Vatten Friedens deyib: “Biz İran hakimiyyətini Nərgiz Məhəmmədinin həbsinə həmişəlik son qoymağa və onun xəstəlikləri üçün uyğun müalicə almasını təmin etməyə çağırırıq”.
Qeyd edək ki, xəbəri “Azad İran” Telegram kanalı yayıb.
İlk şərhi yaza bilərsiniz