Press "Enter" to skip to content

Gəncədə texnikalara baxış –Video

Baxış zamanı

Son yeniləmə: 4 Dekabr 2024 23:25

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Gəncə şəhər Sukanal İdarəsində təşkil olunan növbəti tədbirində idarənin xüsusi texnika, nəqliyyat vasitələrinə baxış keçirilib. Baxış 2025-ci ildə Gəncə şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III oyunları ilə əlaqədar keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “tədbirdə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Samir Cəbrayılov, Gəncə şəhər Sukanal İdarsənin rəisi Şöhrəddin Verdiyev, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısının müavini Kamran Məhərrəmov və Agentliyin əməkdaşları iştirak ediblər. Bildirilib ki, növbəti il Gəncədə təşkil olunacaq oyunlar üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xüsusi texnikaları hazır vəziyyətə gətirilib. İdarə rəisi Şöhrəddin Verdiyev isə qeyd edib ki, Gəncə şəhəri üzrə 71500 abonentə xidmət göstərilir. İdarənin tabeliyində 24 ədəd texnika var ki, onlardan 2 ədədi tam yenidir. Digər texnikalar təmir edilərək, normativ qaydalara uyğunlaşdırılaraq istismara verilib”.

Məlumata görə, ADSEA-nın nümayəndəsi Ülfət Kazımov bildirib ki, nəqliyyat vasitələrinin hamısı əsaslı təmirdən çıxıb, hamısı saz vəziyyətdədir. O, 2025-ci ildə Gəncə şəhərində keçiriləcək Beynəlxalq olimpiadayla əlaqədar hazırlıq işləri getdiyini xatırladıb: “ADSEA-nın “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi olaraq biz də baxış keçirdik. Demək olar ki, tam vəziyyətdə hazırıq”.

Gəncə şəhər Sukanal İdarəsinin rəisi Şöhrəddin Verdiyev Gəncə şəhərində keçiriləcək oyunlarla əlaqədar 6 ədəd texnikanın əsaslı təmir olunaraq, 2 ədəd isə yeni texnikanın verildiyini bildirib.
Tədbirin sonunda idarənin nəzdində olan bütün növ avtomobillərə yerində baxış keçirilib və istismara hazırlıq vəziyyətinə gətirilib.

Mission News Theme by Compete Themes.