BAYRAQDAR MEDİA – Ermənistan parlamentinin sədri Alen Simonyan dekabrın 5-də maraqlı bir ayrıntıya toxunub. O, mediaya verdiyi açıqlamada etiraf edib ki, Azərbaycanla aparılan danışıqların gizli məqamlarını Ermənistan tərəfi ictimaiyyətə sızdırıb. Ona görə də danışıqlar dalana dirənib.
Alen Simonyan deyib ki, təsəvvür edin, “Baş nazir [Nikol Paşinyan] gəlib [Prezident İlham] Əliyevlə görüşün ayrıntıları haqqında danışır, dövlət sirri təşkil edən informasiyanı açıqlayır. Bu normaldır?”
Parlament sədri bu fikirləri deputat Ovik Ağazaryanın davranışlarını şərh edərkən deyib.
“Biz bir ildən çox axtarış apardıq ki, sızıntı haradan ola bilər? Hələ bu partiya məsələsidirsə, yenə də heç. Amma məsələ Ermənistanın təhlükəsizliyidirsə, elə belə də olmalıdır”, – deyə Alen Simonyan sual edib.
O, qeyd edib ki, informasiya sızıntısı haqqında xəbər tutan kimi gərəkli tədbirləri görməyə çalışıblar. Amma informasiyanı kimin sızdırdığını bilməyiblər.
Alen Simonyan etiraf edib ki, bir müddət öncə Azərbaycanla danışıqlar məhz Ermənistanın razılaşmaları pozması, informasiya sızdırması üzündən olub.
Parlament sədri deputat Ovik Ağazaryanı telefonundakı məlumatları açıqlamağa çağırıb və deyib ki, əgər o, utanmırsa, bunu etməlidir.
Belə görünür ki, Ermənistanla Azərbaycan arasındakı danışıqların gizli qalmalı bilgilərini deputat Ovik Ağazaryan məqsədli şəkildə ictimailəşdirərək prosesi pozmağa çalışır…