Son yeniləmə: 4 Dekabr 2024 23:18
BAYRAQDAR MEDİA – Bolqarıstanda deputatlar 9-cu dəfə parlamentin sədrini seçə bilməyiblər.
Bu barədə Radio Bolqarıstan məlumat verib.
Bildirilib ki, “ilk səsvermədə dörd namizəd mübarizə aparıb. PP-DB-dən Atanas Atanasov, “BSP- Obedinena Levitsa” partiyasından Nataliya Kiselova, “Vazrajdane” partiyasından Petar Petrov və ITN partiyasından Silvi Kirilov. Kiselova və Kirilov ən çox səs toplayıb və ikinci tura keçiblər. Lakin onların heç biri 50 faiz dəstək almadığından parlamentin sədri yenə də seçilə bilməyib”.
Məlumata görə, millət vəkilləri dekabrın 5-də 10-cu cəhddə parıamentin sədrini seçmək məqsədi ilə toplanacaqlar.