Son yeniləmə: 5 Dekabr 2024 13:26
Dr. Yücel Karauz: Əminəm ki, bu addım Orta Asiyanın digər türk dövlətləri üçün də stimul rolunu oynayacaq
BAYRAQDAR MEDİA – “Türk dünyası inkişafının yeni mərhələsinə qədər qoyub. Bu mərhələ birliyin daha da gücləndirilməsi üçün davamlı addımların atılmasını tələb edir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz bildirib.
O, bildirib ki bu mərhələdə dövlətlərlə yanaşı xalqlar arasındakı əlaqələrin, eyni zamanda türk dövlətlərinin qeyri-hökumət təşkilatları (QHT) arasında əlaqələrin dərinləşdirilməsi vacibdir: “Bu günə kimi dövlətlərin apardığı birlik siyasəti, o cümlədən bu siyasətin söykəndiyi xalqlar arasındakı tarixi birlik, həmrəylik türk dünyasındakı QHT-lər arasında əməkdaşlığın qurulması, yaxud da qurulan əməkdaşlığın daha da dərinləşməsi ilə davam etdirilməlidir. TDT daxilində QHT-lər arasında əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli formatda inkişaf etməlidir”.
Türkiyəli generalın sözlərinə görə, əslində bununla bağlı da bir nümunə var: “Necə ki, müasir dövrdə türk dünyasının daha da güllənməsi üçün Türkiyə-Azərbaycan qardaşlığı, əməkdaşlığı digər sahələrdə örənək götürülür, eləcə də QHT sahəsində də əməkdaşlıq örnək götürülə bilər. Çünki Azərbaycanın və Türkiyənin QHT sektoru arasında güclü bağlar, güclə əməkdaşlıq və səmərəli fəaliyyət mexanizmin mövcuddur. Məhz bundan yola çıxaraq qeyd edim ki, öncəliklə TDT daxilində QHT-lər arasında ikitərəfli əməkdaşlıqlar inkişaf etdirilməli, daha sonra isə bu ikitərəfli əməkdaşlıqlar öz yerini çoxtərəfli əməkdaşlıqların inkişaf etdirilməsinə verməlidir”.
Dr. Y.Karauz vurğulayıb ki, bu baxımdan Azərbaycan və Özbəkistan QHT-ləri arasındakı əməkdaşlığın inkişaf etdirilməsi alqışlanmalıdır: “Bu gün QHT sektorunda Türkiyə-Azərbaycan əməkdaşlığı ilə yanaşı Azərbaycan-Özbəkistan əməkdaşlığı da mövcuddur. Ötən il Azərbaycanda iki qardaş ölkənin QHT-ləri arasında birinci əməkdaşlıq forumunun keçiriləməsi ilə bu əməkdaşlıq yeni mərhələyə qədəm qoydu. Əldə etdiyim məlumata görə bu günlərdə Özbəkistanda ikinci forum keçirilir. Bu isə alqışlanacaq bir addımdır və dərinləşən əlaqələrin növbəti təzahürüdür. Əminəm ki, bu addım Orta Asiyanın digər türk dövlətləri üçün də stimul rolunu oynayacaq”.