Press "Enter" to skip to content

Təhsil ekspertləri ilə görüş

Təhsil ekspertləri ilə görüş

BAYRAQDAR MEDİA – Sosial Tədqiqatlar Mərkəzi (STM) və Təhsil Tələbə Krediti Fondu tərəfindən həyata keçirilən birgə tədqiqat çərçivəsində təhsil ekspertləri ilə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya STM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “STM-in “Zəfər” zalında təşkil olunan görüşdə təhsil tələbə kreditlərinin müxtəlif aspektləri, o cümlədən kreditlərin güzəşt və şərtləri, əhatəliliyi və əlçatanlığı kimi müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb”.

Sonra xəbərdə deyilir ki, “görüşdə iştirak edən ekspertlər təhsil tələbə kreditlərinin təkmilləşdirilməsi və genişləndirilməsi, kreditlərinin verilməsi prosesinin daha şəffaf və əlçatan olması ilə bağlı müxtəlif rəy və təkliflərlə çıxış ediblər. Həmçinin görüşdə Fondun fəaliyyətinin daha effektiv inkişaf etdirilməsi istiqamətində konstruktiv fikir mübadiləsi aparılıb”.

Ekspertlərin irəli sürdükləri fikir, mülahizə və təkliflər STM tərəfindən sistemləşdirilərək hazırlanan analitik hesabat sənədində nəzərə alınacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.