BAYRAQDAR MEDİA – Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi ilə birgə “Baku Marriott Hotel Boulevard”da “Sıfıra doğru” şüarı altında “Sənaye Təhlükəsizliyi Zirvəsi” adlı tədbir keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirin keçirilməsində əsas məqsəd sənaye və əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, eləcə də iş yerlərində təhlükəsizlik məsələləri ilə bağlı dünyada tətbiq olunan yeniliklərin, bu sahədə tətbiq edilən müasir innovasiyaların və qabaqcıl təcrübələrin müzakirəsidir. Zirvədə 15-dək spiker və moderatorun çıxışı, 400-dən çox dövlət və özəl müəssisənin məsul şəxsləri, o cümlədən dövlət qurumlarının rəsmiləri, icraçı direktorlar, şirkət nümayəndələri və iş adamlarının iştirakı nəzərdə tutulub”.
Tədbir barədə daha ətraflı məlumatla və iştirak qaydaları ilə Sənaye Təhlükəsizliyi Zirvəsinin rəsmi internet səhifəsindən ( https:/stz.az. ) tanış olmaq mümkündür.
İlk şərhi yaza bilərsiniz