Press "Enter" to skip to content

Sosialistlər dəstək axtarırlar

Bolqarıstan parlamenti

Son yeniləmə: 3 Dekabr 2024 23:25

BAYRAQDAR MEDİA – Bolqarıstanda oktyabrın 27-də keçirilən seçkilərdə beşinci siyasi qüvvə kimi parlamentə daxil olan “BSP-Obedinena Levitsa” sosialistləri 51-ci Xalq Assambleyasının sədrliyinə namizədləri Nataliya Kiselovaya dəstək axtarmağa başlayıblar.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Bildirilib ki, “parlamentin sədrini seçmək üçün doqquzuncu sessiyadan əvvəl sosialistlər GERB-SDS və PP-DB ilə görüşüb. Əvvəlki seçkilərdə GERB-SDS öz namizədini geri götürüb və “böyük güzəştlərə” getdiklərini bildirərək Nataliya Kiselovanı dəstəkləyib”.

Məlumata görə GERB lideri Boyko Borisov “Əgər BSP “Vazrajdane” və “DPS-Novo Nachalo”dan başqa partiyalardan səs çoxluğu alsa, biz onları ikinci turda dəstəkləyəcəyik”, deyib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.