BAYRAQDAR MEDİA – Qərbi Azərbaycan vilayətinə (ostanına) Rza Rəhmaninin vali (ostandar) təyin olunması qətiləşib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ArazNews-dan daxil olub.
Dövlət sözçüsünün verdiyi məlumata əsaslanaraq bildirilir ki, dekabrın 4-də hökumət iclasında Rza Rəhmani Qərbi Azərbaycanın valisi vəzifəsinə təyin edilib.
Rza Rəhmani keçmiş sənaye və mədən naziri olmaqla yanaşı üç dövr Təbrizdən Məclis nümayəndəsi seçilib.
Rza Rəhmaninin Qərbi Azərbaycanın valisi təyin olunması İranşəhrçi axının və terrorçu qrupların tərəfdarı olan lobbinin Prezident Məsud Pezeşkiyana təzyiqlərinin başarısız olduğu anlamına gəlir. Beləcə onların Qərbi Azərbaycan vilayətinə terror yanlısı vali təyin etmək və iddia etdikləri “Qərbi Azərbaycana qeyri-türk vali təyin etmək ənənəsinin (bidətinin)” davam etməsi cəhdləri “indilik” boşa çıxıb.
İlk şərhi yaza bilərsiniz