BAYRAQDAR MEDİA – Kolleclərdə keçirilən monitorinqlərlə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) rsəmi məlumat paylaşıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EATDA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “14-16 noyabr tarixlərində EATDA tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Yoxlamalar zamanı təhsil müəssisələrində tədris prosesinin təşkili və idarəetmə ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb. Nəticədə kolleclərin rəhbər şəxslərinə şiddətli töhmət verilib və xəbərdarlıq edilib”.
Qeyd edək ki, Agentlik tərəfindən orta ixtisas təhsil müəssisələrində idarəetməni təkmilləşdirmək, şəffaflığı və təhsilin keyfiyyətini artırmaq məqsədi ilə keçirilən tədbirlər davam edəcək.
İlk şərhi yaza bilərsiniz