BAYRAQDAR MEDİA – 31 dekabr 2023-cü il tarixinə Türkiyədə yaşayan əhalinin sayı əvvəlki ilə nisbətən 92 min 824 nəfər artaraq 85 milyon 372 min 377 nəfərə çatıb.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “Türkiyədə kişi əhalinin sayı 42 milyon 734 min 71 nəfər olduğu halda, qadınların sayı 42 milyon 638 min 306 nəfər olub. Başqa sözlə, ümumi əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edib”.
Məlumatda deyilir: “Ünvan Əsaslı Əhalinin Qeydiyyatı Sisteminin (ADNKS) nəticələrinə görə, ölkəmizdə yaşayan əcnəbi əhalinin sayı əvvəlki illə müqayisədə 253 min 293 nəfər azalaraq 1 milyon 570 min 543 nəfərə çatıb. Bu əhalinin 48,6 faizini kişilər, 51,4 faizini isə qadınlar təşkil edib”.