Press "Enter" to skip to content

Tələbə-məzun forumu və karyera sərgisi başlayıb

Tələbə-məzun forumu və karyera sərgisi başlayıb

BAYRAQDAR MEDİA – Dekabrın 3-də SABAH qruplarının 10 illik yubileyinə həsr olunan tələbə-məzun forumu və karyera sərgisinin açılış mərasimi keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, qlobal meyllər təhsil sistemində yeni çağırışları formalaşdırdığından yeni məzmunlu, müəyyən ixtisaslar üzrə daha davamlı və əmək bazarının tələblərinə cavab verən təhsil proqramları ortaya qoyulmalıdır. Çıxışlardan sonra SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı olub”.

Daha sonra xəbərdə, “ardınca “Tədqiqat necə kommersiyalaşdırıla bilər? Universitet-Sənaye əməkdaşlığı” mövzusunda panel sessiyası da təşkil edilib. SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədovanın moderatorluğu ilə aparılan paneldə “CATALYSADE Technology Transfer and Innovation Inc” şirkətinin təsisçisi Sanem Yalçıntaş, Türkiyə-Azərbaycan Universitetinin rektor köməkçisi Mehmet Şimşer, ETN-nin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov spiker qismində çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar” deyə bildirilir.

Qeyd edək ki, forumun təşkilində məqsəd “SABAH qrupları” layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır.

İki gün davam edəcək forumda SABAH qrupları və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə 50-dən çox şirkətin iştirak etdiyi karyera sərgisi də təşkil olunub.

Mission News Theme by Compete Themes.