Press "Enter" to skip to content

Merkezefendi Bələdiyyəsindən sosial aksiya

Son yeniləmə: 2 Dekabr 2024

BAYRAQDAR MEDİA – Merkezefendi Bələdiyyəsi “3 Dekabr -Dünya Əlillər Günü” çərçivəsində bu il dördüncü dəfə “Maneəsiz Fest” tədbiri təşkil edir.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Bildirilib ki, “dekabrın 3 və 4-də Merkezefendi Mədəniyyət Mərkəzində təşkil ediləcək festival bir çox əyləncəli tədbirlərlə əhatə olunacaq. 3 dekabr çərşənbə axşamı saat 11:00-da “Maneəsiz Fest” proqram və sərginin açılışı ilə başlayacaq. Açılış mərasimindən sonra saat 11.30-da əlillərin idman klublarına maddi dəstək göstəriləcək. Festivalın ilk günü cəmiyyətdə maarifləndirməyə yönəlmiş tədbirlərlə zəngin olacaq”.

Məlumata görə, festivalın ikinci günü, 4 dekabr çərşənbə günü animasiya və əyləncə şouları ilə saat 11:00-da başlayacaq: “Xüsusi şəxslərin öz istedadlarını nümayiş etdirəcəyi Maneəsiz Xor və Rəqs Komandasının çıxışı saat 14.00-da səhnəyə çıxacaq. Tədbirlər saat 15.00-da Merkezefendi Bələdiyyəsi Orkestrinin konserti ilə yekunlaşacaq. Festival çərçivəsində əlillərin həyatda bərabər iştirakını dəstəkləmək və cəmiyyətdə maarifləndirmək məqsədilə müxtəlif tədbirlər təşkil edilir”.

Mission News Theme by Compete Themes.