Dr. Yücel Karauz: Bu müharibə Batının da, Rusiyanın da uzunmüddətli savaşa hazır olmadığını bütün çılpaqlığı ilə ortaya qoydu
BAYRAQDAR MEDİA – “Rusiya-Ukrayna müharibəsi bir çox məsələləri gün üzünə çıxardı. Bu müharibə eyni zamanda beynəlxalq güclərin real hərbi potensilanın nəyə qadir olduğunu da ortaya qoydu”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, bu müharibə zamanı həm Rusiyanın, həm də NATO-nun “nəhənglik” mifi də dağıldı: “Bəlli oldu ki, nə Rusiyanın, nə də NATO-nun heç də xəyal edildiyi kimi misilsiz hərbi potensialı yoxdur. Həm Batı, həm də Rusiya tərəfindən idarəçilər bir daha anladılar ki, uzunmüddətli müharibələr daha çox maliyyə, daha çox hərbi potensiala, silah-sursata malik olmağı tələb edir. Eyni zamanda, bəlli oldu ki, Batının əksər ölkələrinin hərbi potenisalı uzun aylar istifadə etmək üçün deyil, belə deyək, bir-iki ay üçün yetərli imiş. Bir sözlə, bu müharibə Batının da, Rusiyanın da uzunmüddətli savaşa hazır olmadığını bütün çılpaqlığı ilə ortaya qoydu”.
Dr. Yücel Karauz bu müharibənin maliyyə fəsadlarının da ağır olduğunu da deyib: “Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiya tərəfindən mühairbəyə nə qədər pul xərcləndiyi, belə deyək ki, pul itirildiyi bəlli deyil. Amma Batının bu günə kimi həmin müharibəyə 40 milyard dollar sərf etdiyi bəllidir. Bu olduqca böyük məbləğdir. Ancaq bu məbləğə rəğmən ortada Batının arzu etdiyi nəticə yoxdur. Heç Rusiyanın da arzu etdiyi nəticə yoxdur. Ona görə də indiki halda müharibəyə son verilməsi həm Batının, həm də Rusiyanın işinə yarayır”.