BAYRAQDAR MEDİA – Bolqarıstanda deputatlar səkkizinci dəfə də parlamentin sədrini seçə bilməyiblər.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə, sessiyadan əvvəl GERB Raya Nazaryanın namizədliyini geri götürüb: “GERB rəhbəri Boyko Borisov isə ikinci turda Nataliya Kiselovanı dəstəkləyəcəklərini bildirib. Bu addımdan sonra namizədlərin sayı üçə qədər azalıb. “Vazrajdane” partiyasından Petar Petrov, “BSP Obedinena levitsa” namizədi Nataliya Kiselova və ITN-dən Silvi Kirilov”.
Məlumatda deyilir ki, ikinci turda Kiselova GERB-SDS və BSP-dən 87 səsi alıb. ITN-nin namizədi Silvi Kirilov 99 səs toplayıb: “Beləliklə, namizədlərdən heç biri lazımi səs çoxluğunu qazana bilməyib. Deputatlar dekabrın 4-də 9-cu səsverməni keçirəcəklər”.