Press "Enter" to skip to content

İctimai iaşə obyektlərinə çağırış

İctimai iaşə obyektlərinə çağırış

BAYRAQDAR MEDİA – Ölkə ərazisində fəaliyyət göstərən bir sıra restoran və ictimai iaşə obyektlərindən havaya tullantı atılması halları müşahidə olunduğundan Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən bu gündən ictimai iaşə obyektlərində növbəti monitorinqlərə başlanılır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bununla bağlı xəbərdarlıq xarakterli açıqlama verib. Xəbərdarlıqda bildirilir ki, iaşə obyektləri və restoranlarda səyyar laboratoriya vasitəsi ilə ölçmə işləri aparılacaq, havaya normadan artıq tullantı atıldığı müəyyən olunarsa obyektlərin səlahiyyətli nümayəndələri barəsində qanunamüvafiq tədbirlər görüləcək: “Restoran və iaşə obyektlərinin fəaliyyətinə cavabdeh olan şəxsləri xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğulara vaxtında texniki xidmət göstərsinlər, qurğuların filtrlərini yeniləsinlər və havaya normadan artıq tullantı atılmasına yol verməsinlər””.

Qeyd edək ki, xidmət rəisi bir daha sahibkarları təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etməyə, havanın çirkləndirilməsinə yol verməməyə çağırıb.

Mission News Theme by Compete Themes.