Son yeniləmə: 29 Noyabr 2024 14:00
BAYRAQDAR MEDİA – Özbəkistanın tarixi şəhəri Buxara şəhəri türk irsini və turizmini təbliğ edəcək bir sıra konfrans və seminarlara ev sahibliyi edir.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, Türk Dövlətləri Təşkilatının (TDT) himayəsi ilə təşkil edilən “Ziyarət Turizm Həftəsi” türk dünyası arasında mədəni, tarixi və turizm əlaqələrini gücləndirmək, onların ortaq irsini işıqlandırmaq və əməkdaşlığı təşviq etmək məqsədi daşıyır: “TDT-nin rəsmi səhifəsində verilən açıqlamaya görə, proqram çərçivəsində “Təbərrük Ziyarət” mövzusunda müqəddəs yerlərin qorunması və təbliğinə həsr olunmuş konfrans, həmçinin “Türkiyə Turizm Agentlikləri” toplantısında regional turizmin artırılması strategiyaları müzakirə ediləcək. Bundan başqa Alp Ər Tunqanın türk tarixindəki əbədi irsinin vurğulanacağı seminar keçiriləcək”.
Məlumatda vurğulanır ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmış və türk sivilizasiyasının tarixi mərkəzlərindən biri olan Buxaranın seçilməsi şəhərin türk dünyasının keçmişini, bu gününü və gələcəyini bir-birinə bağlamasında oynadığı simvolik rolu vurğulayır.
İlk şərhi yaza bilərsiniz