Son yeniləmə: 29 Noyabr 2024 10:20
BAYRAQDAR MEDİA – Qars Bələdiyyəsi tərəfindən tamamlanan yeni Avtovağzal istifadəyə hazır vəziyyətə gətirilib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, Qars Şəhər Mərkəzində tikintisi başa çatdırılan yeni şəhərlərarası avtovağzalın ümumi sahəsi 55 min kvadratmetrdir: “Yeni avtovağzalın 13 avtobus platforması, əlaqə yolları, açıq və bağlı dayanacaqları, restoranlar və yeməkxanaları var . Uzun müddətdir tikintisi davam edən Şəhərlərarası Avtovağzalda aparılan BSK asfalt işləri yekunlaşıb”.
Yeni avtovağzalın açılışının təxminən 10 gün ərzində keçirilməsi planlaşdırılır.
İlk şərhi yaza bilərsiniz