Son yeniləmə: 29 Noyabr 2024 14:00
MÜSİAD Azərbaycan üzvləri İstanbul Ticaret Odasinda olub
BAYRAQDAR MEDİA – Bu günlərdə Türkiyədə səfərdə olan MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri bır sıra görüşlər keçiriblər. Belə görüşlərdən biri də İstanbul Ticaret Odasında (İTO) olub.
Bu barədə Rəşad Cabirli öz sosial şəbəkə hesabından paylaşım edib.
Paylaşımda deyilir ki, İTO İdarə Heyəti sədri Şekib Avdagiç, sədr müavini Mehmet Akif Develioğlu və İdarə Heyətinin üzvlərinin iştirak etdiyi görüşdə Şuşa Bəyannaməsinə uyğun olaraq ölkələrarası əlaqələrin genişləndirilməsi, dərinləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb.
Paylaşımda o da qeyd edilib ki, İstanbul Ticaret Odası 1882-ci ildə qurulub və dünyanın ən böyük ikinci ticarət palatasıdır. Palatanın 820 min üzvü var.
İlk şərhi yaza bilərsiniz