Press "Enter" to skip to content

Nazir müavini “Maarifçi”lərlə görüşüb

Nazir müavini görüşdə

BAYRAQDAR MEDİA – Noyabrın 28-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Maarifçi” tələbə–məzun təcrübə proqramının II mərhələsinin iştirakçıları ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “”Maarifçi”ləri salamlayan nazir müavini proqramın gənclərə böyük təcrübə qazanmaq imkanı yaratdığını deyib və bu təşəbbüsün mahiyyəti haqqında danışıb. F.Qurbanov bildirib ki, proqram iştirakçılarının hazırda qazandıqları təcrübə onların peşəkar kadr kimi formalaşmalarında mühüm rol oynayır. Daha sonra nazir müavini karyera planlaması, yaxşı mütəxəssis olmaq üçün vacib şərtləri qeyd edib və tövsiyələrini verib”.

Daha sonra qeyd olunur ki, “görüşdə çıxış edən “Maarifçi”lər gənclərə belə bir fürsət yaradıldığı üçün təşəkkürlərini ifadə ediblər, həmçinin proqramın üstünlüklərini vurğulayıblar. Tədbirdə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb”.

Qeyd edək ki, 37 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramının II mərhələsində iştirak hüququ qazanıb. 3 ay davam edən proqram çərçivəsində iştirakçılar ETN və onun tabe qurumları, həmçinin Naxçıvan Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.